Şamaxıda torpaq sürüşməsi baş verib - FOTO

Şamaxıda torpaq sürüşməsi baş verib - FOTO Şamaxı. 15 avqust. REPORT.AZ/ Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.
Hadisə
15 Avqust , 2018 15:15
Şamaxıda torpaq sürüşməsi baş verib - FOTO

Şamaxı. 15 avqust. REPORT.AZ/ Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Şamaxı şəhər, məhəllə 48 A ünvanında, Hacıbaba Kərimovun yaşadığı həyətdə qeydə alınıb. 

Ev sahibinin dediyinə görə, bir neçə gündür aktivləşən sürüşmə mişar daşı ilə hörülmüş hasarı uçurub. Sürüşmə şəxsi təsərrüfata ziyan vurub və yaxınlıqda olan yaşayış evinə doğru istiqamət alıb. Məsələ ilə bağlı aidiyyəti qrumlara məlumat verilib.

Qeyd edək ki, ötən il də bu ərazidə torpaq sürüşməsi baş verib.

Son xəbərlər

Orphus sistemi