Şamaxıda taksi sürücüləri müştəri üstündə dava edib, 1 nəfər bıçaqlanıb

Şamaxıda taksi sürücüləri müştəri üstündə dava edib, 1 nəfər bıçaqlanıb Dava şəhər ərazisində yerləşən Avtovağzalda baş verib
Hadisə
9 May , 2018 20:16
Şamaxıda taksi sürücüləri müştəri üstündə dava edib, 1 nəfər bıçaqlanıb
Courtesy İmage

Şamaxı. 9 may. REPORT.AZ/ Şamaxı rayonunda 1 nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, dava şəhər ərazisində yerləşən Avtovağzalda taksi xidməti göstərən sürücülər arasında olub.

Mübahisə rayonun 1977-ci il təvəllüdlü Şəhriyar qəsəbə sakini Salahov Maarif Məzahir oğlu ilə digər taksi sürücüsü arasında Şamaxıdan Bakıya müştəri aparmaq üstündə düşüb. Nəticədə M.Salahov bıçaqlanıb.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, M.Salahov bədənin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlər ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi