Şamaxıda yük maşını aşıb, xəsarət alan var

Şamaxıda yük maşını aşıb, xəsarət alan var Şamaxıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Noyabr , 2019 23:27
Şamaxıda yük maşını aşıb, xəsarət alan var

Şamaxıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Göylər kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Musayıbov Təhmasib İqrar oğlu idarə etdiyi yük maşınını aşırıb. Nəticədə o, xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bud sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi