Yuxarı

​Şamaxıda qohumunu öldürən şəxsin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası dekabrın 24-nə təyin edilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməkdə təqsirləndirilən Şahlar Mürşüdovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 24-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin avqust ayının 10-da Şamaxı şəhərində baş verib. Rayon sakini Şahlar Mürşüdov evində münaqişə zəminində Ağsu rayon sakini, qohumu İlkin Novruzova bıçaqla xəsarət yetirərək, “Mercedes” markalı avtomobildə hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən İ.Novruzov orada ölüb.

Ş.Mürşüdov Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda saxlanılıb və rayon Polis Şöbəsinə təhvil verilib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi