Şamaxıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Şamaxıda yol qəzası olub, 5 nəfər xəsarət alıb Şamaxıda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 May , 2023 12:19
Şamaxıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Şamaxıda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Göylər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Nəticədə Bağırlı kənd sakini, 1960-cı il təvəllüdlü Alıyev Famil Cümşüd oğlu, Çaylı kənd sakini, 1961-ci il təvəllüdlü Baxışova Xoşqədəm Abbas qızı və Dağ Bağırlı kənd sakini, 1969-cu il təvəllüdlü Qəfərov Şəfaət Qəfər oğlu və daha iki nəfər yaralanıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi