Şamaxıdakı qətlin bəzi təfərrüatları bəlli olub - YENİLƏNİB

Şamaxıdakı qətlin bəzi təfərrüatları bəlli olub - YENİLƏNİB Şamaxıda qətl hadisəsi baş verib
Hadisə
23 aprel 2025 16:43
Şamaxıdakı qətlin bəzi təfərrüatları bəlli olub - YENİLƏNİB

Şamaxıda baş verən qətlin bəzi təfərrüatları bəlli olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə qısqanclıq zəminində rayonun "Yeddi günbəz" qəbiristanlığında baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Şamaxı sakini Hidayətov Vüsal Mobil oğlu həyat yoldaşı Hidayətova Sevda Aslan qızını qəbiristanlığa aparıb və çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

Vüsal Hidayətov hadisəni törətdikdən sonra polisə könüllü təslim olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

15.34

Şamaxıda qətl hadisəsi törədilib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon qəbiristanlığında qeydə alınıb.

İlkin məlumata görə, ər öz arvadını şəhər qəbiristanlığında öldürüb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi