Şamaxıda qaçırdığı qadını öldürmək istəyən şəxsə hökm oxunub

Şamaxıda qaçırdığı qadını öldürmək istəyən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
23 May , 2019 13:07
Şamaxıda qaçırdığı qadını öldürmək istəyən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə Ş.Əsədov 16 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meyseri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvəllər məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi