Yuxarı

​Şamaxıda piyadanı maşın vurub

Şəhər sakini Elxan Baloğlanov yüksək sürətlə hərəkət edən minik avtomobili tərəfindən vurulub

Bakı. 12 iyun. REPORT.AZ/ Samaxıda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. "Report"un Aran bürosunun xəbərinə görə, hadisə rayonun Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.

Şəhər sakini Elxan Baloğlanov marketdən alış-veriş edib çıxan zaman kücədə yüksək sürətlə hərəkət edən minik avtomobili tərəfindən vurulub. Hadisə zamanı xəsarət almış E. Baloğlanov dərhal Samaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətmiş sürücü saxlanılıb. 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi