Şamaxı. 26 fevral. REPORT.AZ/ Şamaxı rayonunda meyiti tapılan şəxsin kimliyi məlum olub.
"Report"un Şirvan bürosu xəbər verir ki, ilkin araşdırmalar zamanı məlum olub ki, meyit Taleh Məhyəddinova məxsusdur.
Onun ölüm səbəbləri hələlik məlum deyil.
*** 16:12
Şamaxı. 26 fevral. REPORT.AZ/ Şamaxı rayonunda kişi meyiti tapılıb.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Göylər kəndi ərazisində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyitin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.