Şamaxıda istirahət mərkəzindən oğurluq edən şəxslər tutulub

Şamaxıda istirahət mərkəzindən oğurluq edən şəxslər tutulub Şamaxı Rayon Polis Şöbəsinə cari ilin iyun ayı ərzində Avaxıl kəndi ərazisindəki istirahət mərkəzindən 6 000 manat dəyərində tikinti materiallarının oğurlanması barədə məlumat daxil olub.
Hadisə
27 İyul , 2021 12:20
Şamaxıda istirahət mərkəzindən oğurluq edən şəxslər tutulub

Şamaxı Rayon Polis Şöbəsinə cari ilin iyun ayı ərzində Avaxıl kəndi ərazisindəki istirahət mərkəzindən 6 000 manat dəyərində tikinti materiallarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri N.Cəbiyev, V.Fətəliyev, B.Orucov, K.Kərimov, S.Kərimov və Ə.Səmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi