​Şamaxıda güclü sel suları rayonun bəzi ucqar kəndlərlə əlaqəsini kəsib

​Şamaxıda güclü sel suları rayonun bəzi ucqar kəndlərlə əlaqəsini kəsib Dəmirçi, Zaratxeybəri və Səfalı kəndlərinə gedən yolun uzərindəki körpüləri sel suları aparıb
Hadisə
12 İyun , 2016 23:20
​Şamaxıda güclü sel suları rayonun bəzi ucqar kəndlərlə əlaqəsini kəsib

Bakı. 12 iyun. REPORT.AZ/ Şamaxıda güclü sel suları rayonun bəzi ucqar kəndlərlə əlaqəsini kəsib. "Report"un Şirvan bürosunun xəbərinə görə, günün ikinci yarısında yağan güclü leysan yağışları nəticəsində çaylarda suyun səviyyəsi artıb.

Rayonun əsasən Pirsaat çayı ətrafındakı kəndləri sel suları altında qalıb. Dəmirçi, Zaratxeybəri və Səfalı kəndlərinə gedən yolun uzərindəki körpüləri sel suları aparıb. Buna görə də kəndlərin rayonla əlaqəsi kəsilib.

Kənd sakinlərinin sözlərinə görə, sel suları yollarla yanaşı, fərdi təsərrüfatlara da xeyli ziyan vurub. İri və xirda buynuzlu heyvanlar, ev quşları arasında xeyli tələfat var.

Hazırda rayon icra hakimiyyətinin yerli orqanları seldən zərə çəkmiş ərazilərə baxış keçirir. 

Son xəbərlər

Orphus sistemi