Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib

Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib Onlardan biri ayağından küt alətlə, digəri isə başından xəsarət alıb
Hadisə
20 Yanvar , 2018 12:52
Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Şamaxı rayonunda bir-biriləri ilə dalaşan qardaşların hər ikisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, rayonun Mərzəndiyyə kəndində yaşayan rayon sakinləri - 1974-cü il təvəllüdlü Şəfiyev Mayıl Durdu oğlu və onun qardaşı, 1977-ci il təvəllüdlü Müşfiq dalaşıb. Qardaşların biri ayağından küt alətlə, digəri isə başından xəsarət alıb.

Onların hər ikisi Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi