Şamaxıda COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb

Şamaxıda COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub.
Hadisə
26 Noyabr , 2020 10:43
Şamaxıda COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb
0 : 00
0 : 00

Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Şamaxı rayonu Sabir qəsəbə sakini K.Mahmudovun, İkinci Çaylı kənd sakini F.Şirinovun, şəhər sakinləri R.DəmirovA.Abdullayevin koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etmələri tapşırılıb.

Lakin həmin şəxslər qaydaları pozaraq yaşadıqları evləri tərk ediblər.

Keçirilən müvafiq tədbirlərlə onların rayon ərazisində olduqları yer müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Polis əməkdaşlarının da müşayiəti ilə onlar yaşadıqları ünvanlara geri qaytarılıblar.

Şamaxı RPŞ-nin İstintaq bölməsində həmin şəxslər barəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi