Şamaxıda çobanın güllələnərək öldürülməsinin təfərrüatı məlum olub - YENİLƏNİB-2

Şamaxıda çobanın güllələnərək öldürülməsinin təfərrüatı məlum olub - YENİLƏNİB-2 Hadisə mübahisə zəminində onun qonşusu tərəfindən törədilib
Hadisə
353
19 Yanvar , 2018 10:10
Şamaxıda çobanın güllələnərək öldürülməsinin təfərrüatı məlum olub - YENİLƏNİB-2

Şamaxı. 19 yanvar. REPORT.AZ/ Şamaxı rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini öldürüb. Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Binyətov Zaura ov tüfəngindən 7 dəfə atəş açıb. Z.Hacıyev hadisə yerində ölüb.

N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb. 


***9:08

Şamaxı. 19 yanvar. REPORT.AZ/ Şamaxı rayonunda baş verən silahlı insident zamanı qətlə yetirilən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Acıdərə yaşayış massivində baş verən hadisə zamanı çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. 

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Binyətov saxlanılıb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə)  cinayət işi başlanılıb.

Hadisənin səbəbləri araşdırlır.


***8:33

Şamaxı. 19 yanvar. REPORT.AZ/ Şamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib.

“Report”un Şirvan bürosu xəbər verir ki, Sabir qəsəbə sakini Natiq Şirbala oğlu Binyətov çobanlıq edən qonşusunu tüfəngdən atəş açaraq qətlə yetirib.

Hadisə mübahisə zəminində baş verib. Qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi