Şamaxı rayonunun Çöl Göylər kəndi yaxınlığında biçilmiş və biçilməmiş taxıl sahələrində baş vermiş yanğın söndürülüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, alovun söndürülməsində
Hadisə nəticəsində ərazidə 2 min hektar taxıl sahəsi yanıb.Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda FHN tərəfindən vətəndaşlara dəymiş ziyan hesablanır.
Eyni zamanda "Report" un Qarabağ mərkəzinin məlumatına görə, Ağcabədi rayonunun Xocavənd kəndində də biçinə hazır olan taxıl sahəsi yanıb.
Kənd sakininə məxsus olan 1 hektar sahədə biçilməmiş taxıl yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Əraziyə FHN-in Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Alovun digər sahələrə keçməsinin qarşısı alınıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
***01:03
Şamaxı rayonunun Göylər kəndində biçilməmiş taxıl sahəsi yanıb.
"Report"un Şirvan bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə dərhal FHN-in Şamaxı Dövlət Yanğın Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün lazımi tədbir görülür.
Faktla bağlı araşdırma aparılır.