Yuxarı
    Bağlamaq

    Şamaxıda bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

    Məhkəmənin baxış iclası aprelin 21-nə təyin edilib

    Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını boğaraq öldürməkdə təqsirləndirilən Rafael Yolçuyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    "Report"un xəbərinə görə, hakim Əfqan Hacıyev keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası aprelin 21-nə təyin edilib.

    Qeyd edək ki, qətl hadisəsi bu il yanvar ayında Şamaxı rayonunda baş verib. Rayon sakini 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.

    İlkin məlumata görə, ailəli olan Y.Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan sonra R.Yolçuyev bacısını Bakıdan Şamaxıya gətirərək qətlə yetirib və polisə könüllü təslim olub.

    O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi