Şamaxıda avtomobil qaçıran şəxslər saxlanılıblar

Şamaxıda avtomobil qaçıran şəxslər saxlanılıblar Bakı. 7 noyabr. REPORT.AZ/ Şamaxı rayonunda avtomobil qaçıran şəxslər saxlanılıblar.
Hadisə
7 Noyabr , 2018 13:43
Şamaxıda avtomobil qaçıran şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 7 noyabr. REPORT.AZ/ Şamaxı rayonunda avtomobil qaçıran şəxslər saxlanılıblar.

"Report"un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Şəhriyar qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, Şamaxı rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-nə keçən gecə Şəhriyar qəsəbəsi ərazisindən Elşad Mehrəliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakinləri Şəhruz Eyvazzadə və əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi