Şamaxıda atəş açaraq qonşularını hədələyən şəxs saxlanıldı

Şamaxıda atəş açaraq qonşularını hədələyən şəxs saxlanıldı ​​​​​​​Şamaxı rayonunda xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açan şəxs saxlanılıb
Hadisə
5050
19 Avqust , 2020 13:35
Şamaxıda atəş açaraq qonşularını hədələyən şəxs saxlanıldı

Şamaxı rayonunda xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə avqustun 18-də Nağaraxana kəndi ərazisində kənd sakini E.Babayevin xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq həmkəndliləri Ə.Cavadovu və onun həyat yoldaşını hədələməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə E.Babayev saxlanılıb.

Ondan müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb.

Orphus sistemi