Şamaxıda 2 avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Şamaxıda 2 avtomobil toqquşub, ölən və xəsarət alanlar var Bakı. 13 sentyabr. REPORT.AZ/ Şamaxı rayonunda 2 avtomobil toqquşub, ölən və xəsarət alanlar var.
Hadisə
13 Sentyabr , 2018 12:48
Şamaxıda 2 avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Report
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Şamaxı rayonunda 2 avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Şamaxı rayon ərazisində, Şamaxı-Piriqulu yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı minik maşını qarşıdan gələn “Nissan” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Nissan”ın sürücüsü hadisə yerində ölüb, sərnişini isə ağır xəsarət alıb. Toqquşma zamanı zərbənin gücündən digər maşında olan bir sərnişin də ağır xəsarət alıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırdan ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi