Şamaxı sakini tanışlarını öldürəcəyi ilə hədələyib tüfəngdən havaya atəş açıb

Şamaxı sakini tanışlarını öldürəcəyi ilə hədələyib tüfəngdən havaya atəş açıb Şamaxı rayonunda xuliqanlıq hadisəsi olub
Hadisə
31 Mart , 2021 13:31
Şamaxı sakini tanışlarını öldürəcəyi ilə hədələyib tüfəngdən havaya atəş açıb

Şamaxı rayonunda xuliqanlıq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini R.Kazımov martın 29-da Nağaraxana kəndi ərazisində bir nəfərin onu və tanışı olan 3 nəfəri öldürəcəyi ilə hədələyib tüfəngdən havaya atəş açdığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən kənd sakini S.Əsgərov saxlanılıb. Ondan “BUM” markalı ov tüfəngi götürülüb.

Son xəbərlər

Orphus sistemi