Şamaxı sakini laqunda ilə barmağını kəsib

Şamaxı sakini laqunda ilə barmağını kəsib Şamaxı. 5 may. REPORT.AZ/ Şamaxı rayonunda təmir işləri aparan şəxs ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Hadisə
5 May , 2018 10:35
Şamaxı sakini laqunda ilə barmağını kəsib

Şamaxı. 5 may. REPORT.AZ/ Şamaxı rayonunda təmir işləri aparan şəxs ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, rayonun Sabir qəsəbə sakini, 1982-ci il təvəllüdlü Xəyal Həqiqət oğlu Quliyev evdə təmir işləri aparan zaman əlindəki laqunda ilə sağ əlinin ikinci barmağını kəsib.

O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəyə ilkin tibbi yardım göstərilib və Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan "Report"a verilən məlumata görə, hazırda xəstənin vəziyyəti kafidir.

Son xəbərlər

Orphus sistemi