​Salyanın ot sahəsində bədbəxt hadisə baş verib

​Salyanın ot sahəsində bədbəxt hadisə baş verib Rayon sakini qulağını kəsib
Hadisə
23 May , 2016 22:23
​Salyanın ot sahəsində bədbəxt hadisə baş verib

Bakı. 23 may. REPORT.AZ/ Salyanda bədbəxt hadisə baş verib.

“Report" xəbər verir ki, rayonun Kərimbəyli kənd sakini, 47 yaşlı Aslan Allahverdi oğlu Əliyev yonca sahəsində ot bağlaması bağlayarkən ehtiyatsızlıq üzündən bağlamanın ipi ilə özünə xəsarət yetirib.

Nəticədə kənd sakininin sağ qulaq seyvanının 95 faizi üzülüb, sağ bazu oynaqları çıxıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada yaralının üzülmüş qulağı yerinə tikilib, həmçinin digər tibbi müdaxilələr edilib. Zərərçəkənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi