Salyanın keçmiş icra başçısı Bakıda vəfat edib

Salyanın keçmiş icra başçısı Bakıda vəfat edib Salyan rayonunun keçmiş icra başçısı vəfat edib.
Hadisə
1 Yanvar , 2024 19:18
Salyanın keçmiş icra başçısı Bakıda vəfat edib

Salyan rayonunun keçmiş icra başçısı vəfat edib.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün Salyan Rayonunun keçmiş icra başçısı Vəlihə Böyükağa qızı Abdullayeva Bakı şəhərində vəfat edib.

Mərhumun cənazəsi Bakıdan Salyana gətirilərək şəhər qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, V. Abdullayeva 1948-ci ildə Salyan rayonunda doğulub. YAP rayon təşkilatının ilk yaradıcılarından biri olub. 1998-2001-ci illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi