Salyanda yük avtomobilinin vurduğu 79 yaşlı piyada ölüb - YENİLƏNİB

Salyanda yük avtomobilinin vurduğu 79 yaşlı piyada ölüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Avqust , 2017 07:41
Salyanda yük avtomobilinin vurduğu 79 yaşlı piyada ölüb - YENİLƏNİB
Courtesy İmage

Salyan. 25 avqust. REPORT.AZ/ Salyan rayonunda yük avtomobilinin vurduğu piyada dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun şəhərin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 79 yaşlı İngilis Məmməd oğlu Məmmədov rayonun Arbatan kəndinə gedən istiqamətdən magistral yolu keçmək istərkən onu “KaMAZ” markalı yük maşını vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yolu keçmək istəyən piyadanın sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***21:58

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun şəhərin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 79 yaşlı İngilis Məmməd oğlu Məmmədov rayonun Arbatan kəndinə gedən istiqamətdən magistral yolu keçmək istərkən onu “KaMAZ” markalı yük maşını vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Qeyd edək ki, yolu keçmək istəyən piyadanın sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi