Salyanda YPX maşınının iştirakı ilə baş verən qəzada xəsarət alan 5 nəfərin adı məlum olub - FOTO - YENİLƏNİB - SİYAHI

Salyanda YPX maşınının iştirakı ilə baş verən qəzada xəsarət alan 5 nəfərin adı məlum olub - FOTO - YENİLƏNİB - SİYAHI Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Aprel , 2017 14:36
Salyanda YPX maşınının iştirakı ilə baş verən qəzada xəsarət alan 5 nəfərin adı məlum olub - FOTO - YENİLƏNİB - SİYAHI
Report.az

Salyan. 27 aprel. REPORT.AZ/ Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət  alanların adı məlum olub.

"Report"un Aran bürosunun məlumatıan görə, Yol Patrul Xidməti (YPX) maşını ilə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.

Yaralılar:
Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;

1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;

1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;

Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyev;

1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur. 

Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2-i Reanimasiya, 3-ü isə Travmotologiya şöbəsinə yerləşdirilib. 

Ölənlər:

Astara rayonunun Ərçivan sakini  - 1945-ci il təvəllüdlü Azad Qüdrət oğlu Axundov;

Bakı şəhər sakini 1963-ci il təvəllüdlü Emil Teymur oğlu Mahmudovdur. 


***13:23

Salyan rayonunda Yol Patrul Xidmətinin (YPX) maşını qəza törədib, iki nəfər ölüb və 3 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisndən keçən hissəsində baş verib.

Belə ki, YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı  "Mercedes" markalı avtomobillə toqquşub. 

İlkin məlumatlara görə, 2 nəfər ölüb 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi