Salyanda yol qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Salyanda yol qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB Salyanda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.
Hadisə
2 Fevral , 2020 21:38
Salyanda yol qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Salyanda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayonun Qırxçıraq kəndi ərazisində baş verən qəza nəticəsində Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseynova Saray Ocaq qızı və Salyanın Kürsəngi kənd sakini, 1988-ci il təvəllüdlü Abışov Natiq Əliman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onların hər ikisinə ilk tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


***19:48

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “QAZel” markalı maşınla “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə təcili yardım maşını göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi