Salyanda yol qəzasında sürücü ağır yaralanıb

Salyanda yol qəzasında sürücü ağır yaralanıb Salyan. 7 may. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 May , 2018 11:28
Salyanda yol qəzasında sürücü ağır yaralanıb

Salyan. 7 may. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, yeni tikilən Ələt-Astara magistral yolunda Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Qiyasov Kərim Məhəmməd oğlu idarə etdiyi “FORD” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun hərəkət hissəsindən çıxaraq beton arakəsməyə çırpılıb.

Nəticədə ağır bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi