Salyanda yol qəzasında iki nəfər xəsarət alıb
Hadisə
- 11 iyun, 2021
- 18:41
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara rayonu istiqamətində hərəkətdə olan minik avtomobillərindən biri digər nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində Yardımlı rayonunun Zəngələ kənd sakinləri - 1979-cu il təvəllüdlü Ağayev Şamil Sərdar oğlu və 1989-cu il təvəllüdlü Ağayev İsmayıl Əliqismət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Salyan mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
21:16
Naxçıvanda iki stadion futbol federasiyasından geri alınıb
Futbol21:12
Əraqçi: Müctəba Xameneinin heç bir problemi yoxdur, İran rəsmiləri gizlənməyiblər
Region21:07
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
Futbol21:02
Kubada etirazçılar Kommunist Partiyasının ofisinə hücum ediblər
Digər ölkələr20:59
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
Region20:55
Video
"Haber Global"da WUF13 haqqında süjet yayımlanıb
Media20:42
Azərbaycan güləşçisi Serbiyada U-23 Avropa çempionatının finalına vəsiqə qazanıb
Fərdi20:30
Foto
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışda medal qazanıb
Fərdi20:26