Bakı. 7 oktyabr. REPORT. AZ / Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Arbatan kəndinin ərazisindəki "Elçin" şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Belə ki, "Vaz-21011" markalı avtomobillə "Vaz-2107" markalı maşının toqquşması nəticəsində "Vaz-21011" markalı avtomobildə olan sərnişinlər - rayonun Babazənan yaşayış massivinin sakinləri, 1961-ci il təvəllüdlü Mətanət Böyükağa qızı Mustafayeva və onun qızı, 1991-ci il təvəllüdlü Şəfiqə Hidayət qızı Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.