Salyanda qəzaya düşən mikroavtobus Şirvandan Cəlilabada yarışa gedən 2005-2008-ci il təvəllüdlü şagirdləri aparırmış.
"Report"un xəbərinə görə, "Mercedes markalı mikroavtobus idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb.
Qəza nəticəsində 1 şagird - İlkin Adil oğlu Əhmədov ölüb, 6 nəfər - sürücü, 1980-ci il təvəllüdlü Samir Əhməd oğlu Əhmədov, 2008-ci il təvəllüdlü Ülvi Coşqun oğlu Ağayev, 2008-ci il təvəllüdlü Fərid Saleh oğlu Kazımov, 2005-ci il təvəllüdlü Hüseyn Əliağa oğlu Əzizov, 2007-ci il təvəllüdlü Kamal Samir oğlu Əhmədov, 2008-ci il təvəllüdlü Murad Əhməd oğlu Səfərov, 2007-ci il təvəllüdlü Əli Əfqan oğlu Kazımov və 2008-ci il təvəllüdlü Adəm Seymur oğlu Ramazanov xəsarət alıb.
*** 09:47
Salyanda baş verən yol qəzası zamanı ölən və yaralananların olduğu bildirilir.
"Report"un xəbərinə görə, Ələt-Astara magistral yolunda mikroavtobus qəzaya uğrayıb.
Əlavə məlumat veriləcək.
*** 09:19
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, baş verən qəza nəticəsində yaralananlar var.
Faktla bağlı araşdırma aparılır.


