Salyanda yol qəzası olub, yaralılar var 

Salyanda yol qəzası olub, yaralılar var  Salyanda yol qəzası baş verib.
Hadisə
18 Mart , 2022 19:28
Salyanda yol qəzası olub, yaralılar var 

Salyanda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Xıdırlı kənd sakini, 1989-cu il təvəllüdlü, Əsədov Şahin Əsəd oğlunun idarə etdiyi “NİVA” markalı avtomobil əks yola çıxaraq qarşıdan gələn “Toyota” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “NİVA”nın sürücüsü və həmkəndlisi olan sərnişini, 1980-ci il təvəllüdlü Qəmbərov Tehran Xudaverdi oğlu xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi