Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyanda yol qəzası olub, xəsarət alanlar var Salyan rayonunda yol qəzası baş verib.
Hadisə
18 Oktyabr , 2021 19:28
Salyanda yol qəzası olub, xəsarət alanlar var
0 : 00
0 : 00

Salyan rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Beştalı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili “Muravey”lə toqquşub. Qəza nəticəsində rayonun Beştalı kənd sakinləri, 2003-cü il təvəllüdlü Salmanov Hüseynağa Həsən oğlu və 2004-cü il təvəllüdlü Abdullazadə İlkin Rahib oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi