Salyanda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Salyanda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB Salyan rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
14 Noyabr , 2019 18:57
Salyanda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
Foto: "Report"

Salyan rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki, “Ford” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində Cəlilabad rayon sakinləri - 1939-cu il təvəllüdlü Şirinova Şarıgül və 1993-cü il təvəllüdlü Feyziyeva Aida Zahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Onların vəziyyətlərinin ağır olduğu bildirilir. 


*** 16:28

Salyan rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi