Salyanda yol qəzası olub, xəsarət alan var

Salyanda yol qəzası olub, xəsarət alan var Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
26 İyun , 2019 22:47
Salyanda yol qəzası olub, xəsarət alan var

Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyanın Qarabağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı rayonun Qaraçala qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əhmədov Kamal Mikayıl oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi