Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən qadının şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə bu, Masallı rayon sakini, 1974-cü il təvəllüdlü Nigar Əliinsan qızı Abıyevadır.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Salyanda ağır yol nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun köhnə Ələt-Astara magistralının Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Jeep” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində ölüb, iki nəfər - Masallı rayon sakinləri, 1962-ci il təvəllüdlü Məhəmmədqulu Əliş oğlu Abıyev və 1970-ci il təvəllüdlü Sevil Nüsrət qızı Abıyeva xəsarət alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, hadisə qohumlarının yas mərasimindən qayıdarkən baş verib.
Faktla bağlı araşdırma aparılır.