Salyanda yol qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB

Salyanda yol qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
20 Oktyabr , 2017 00:00
Salyanda yol qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB
Report

Salyan. 19 oktyabr. REPORT.AZ/ Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən 7 yaşlı uşağın və yaralanan şəxsin kimliyi məlum olub.

"Report"un Aran bürosunun məlumatına görə, Salyan şəhər sakinləri, 1998-ci il təvəllüdlü Cavid Ehtiram oğlu Abdullayevi və 2010-cu il təvəllüdlü Ayxan Fazil oğlu Əhmədovu maşın vurub. 

Hadisə zamanı 7 yaşlı A.Əhmədov dünyasını dəyişib, C.Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə sürücü tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 


***9:38

Salyan. 19 oktyabr. REPORT.AZ/ Salyan rayonunda iki nəfəri maşın vurub, ölən və xəsarət alan var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

Ölən şəxsin orta məktəbin 2-ci sinif şagirdi oladuğu bildirilir. O, hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı bir nəfər isə xəsarət alıb. Yaralı sürcü tərəfindən xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi