Salyanda mikroavtobusla minik avtomobili toqquşub, 9 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-2

Salyanda mikroavtobusla minik avtomobili toqquşub, 9 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
25 Aprel , 2019 22:20
Salyanda mikroavtobusla minik avtomobili toqquşub, 9 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


***20:19

Salyan rayonunda “QAZel” markalı mikroavtobusla “Mercedes markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan 9 nəfərin kimliyi məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar Salyan rayon sakinləri - 1999-cu il təvəllüdlü Kərimov Bilal Nazir oğlu, 1962-ci il təvəllüdlü Əmənova Əzizə Əmir qızı, 1978-ci il təvəllüdlü İsmayılov Zaur Adil oğlu, 1979-cu il təvəllüdlü Muradov Elməddin Yuris oğlu, Cəlilabad Rayon sakinləri - 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Məmmədağa oğlu, 1952-ci il təvəllüdlü Soltanov Məmmədqulu Hatəm oğlu, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Əliyeva Şəfa Famil qızı və Masallı rayon sakini, 1965-ci il təvəllüdlü Zeynalova Xumraz Feyruz qızıdır.

Onlardan 5-i Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, 4-ü isə müayinə olunduqdan sonra ambulator müalicəyə buraxılıb.


***19:37

Salyan rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Noxudlu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “QAZel” markalı yük maşını ilə “Mercedes markalı avtomobil toqquşub. Nəticədə 7 nəfər xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi