Salyanda yol qəzası nəticəsində 3 nəfər ölüb

Salyanda yol qəzası nəticəsində 3 nəfər ölüb Xilasedicilər cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər
Hadisə
1 İyun , 2015 20:05
Salyanda yol qəzası nəticəsində 3 nəfər ölüb

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Ələt-Astara yolunun 35-ci kilometrliyində, Salyan rayonu ərazisində “KamAZ” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş nazirliyin xilasetmə qüvvələri “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1961-ci il təvəllüdlü Sakit Davud oğlu Əliyevin, 1994-cü il təvəllüdlü Xədicə Vüqar qızı Sadıqovanın və 1995-ci il təvəllüdlü Səbinə Vüqar qızı Sadıqovanın cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:17-də başa çatıb. 

Son xəbərlər

Orphus sistemi