Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

Salyanda yol qəzası baş verib, xəsarət alanlar var Salyanda ikinəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
1 Sentyabr , 2020 08:47
Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobil qarşıda gedən traktorun qoşqu hissəsinə çırpılıb. Qəza nəticəsində Salyan sakinləri, 1995-ci il təvəllüdlü Hüseynov Nurlan Müşfiq oğlu və 1994-cü il təvəllüdlü Əliyev İntizam İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi