Yuxarı

​Salyanda yol qəzası baş verib: ölən və yaralanan var

Faktla bağlı araşdırma aparılır

Salyan. 11 avqust. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən Baş Şirvan kollektorunun yaxınlığında qeydə alınıb. 

İlkin məlumata görə, Natiq adlı sürücü “Mercedes” markalı avtomobilini qarşıdakı maşına çırpıb. Nəticədə sürücü hadisə yerində keçinib. Avtomobildə olan Neftçalanın 1-ci Mayak kənd sakini, 59 yaşlı Mələknisə Həsənbala qızı Cavadova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

O, xəstəxanada ilkin tibbi yardım göstərlidikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi