Yuxarı

​Salyanda yol qəzası baş verib, 1 nəfər yaralanıb

Hadisə Salyan şəhərinin Nizami küçəsində qeydə alınıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Salyanda yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Salyan şəhərinin Nizami küçəsində qeydə alınıb.

Salyan şəhəri, Əlövsət Quliyev küçəsi, bina 13, mənzil 4-də yaşayan, 29 yaşlı Sahil Arif oğlu Səfərov idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə hərəkətdə olarkən arxadan gələn "Mercedes" markalı maşın onu vurub. Nəticədə "jiquli"nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı tibbi yardım aldıqdan sonra Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi