Salyanda xınayaxdı mərasimi keçirənlər cərimələndi

Salyanda xınayaxdı mərasimi keçirənlər cərimələndi Polislər tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb
Hadisə
16 Fevral , 2021 16:35
Salyanda xınayaxdı mərasimi keçirənlər cərimələndi

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Salyan RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində xidmət aparılan zaman “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərini pozaraq çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə xınayaxdı mərasimi təşkil edildiyi müəyyən edilib.

Polislər tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb.

Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.

Son xəbərlər

Orphus sistemi