Yuxarı

Salyanda xəstəxananın qarşısında qəza olub, yaralanan var - FOTO

Yaralı travmatologiya şöbəsinə yerləşdirilib

Salyan. 31 avqust. REPORT. AZ/ Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Neftçala avtomobil yolunun 2-ci kilometrliyində Kürqaraqaşlı kəndi ərazisindəki mərkəzi xəstəxananın qarşısında qeydə alınıb. 

Belə ki, “Nissan” markalı avtomobillə “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində sürücülər xəsarət almasa da bir nəfər sərnişin - Cəlilabad rayonunun Alar kənd sakini, 20 yaşlı Ehtiram Vəfadar oğlu Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra, o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.     

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi