Salyanda tikilməkdə olan məktəb binasından oğurluq olub

Salyanda tikilməkdə olan məktəb binasından oğurluq olub Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
27 Yanvar , 2017 15:41
Salyanda tikilməkdə olan məktəb binasından oğurluq olub

Salyan. 27 yanvar. REPORT.AZ/ Salyan şəhərində tikilməkdə olan yeni məktəb binasından oğurluq olub. 

"Report"un Aran bürosunun məlumatına görə, naməlum şəxs və ya şəxslər məktəbin tikildiyi əraziyə qanunsuz daxil olaraq oradan 200 kiloqram armatur oğurlayıblar. Baş verən oğurluqla bağlı Salyan Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib.

Faktla bağlı Salyan RPŞ-də əməliyyat-axtarış qrupu yaradılıb, tikilməkdə olan məktəbin həyətindən oğurluq edən şəxs vəya şəxslərin tutulması istiqamətində araşdırmalara başlanılıb. 

Qeyd edək ki, məktəbin tikintisinə bu ilin əvvəlində başlanılıb. Salyan şəhərində ilk dəfə olaraq tikilən 1200 şagird yerlik məktəb binasının tikinti işləri ümumi sahəsi 10 min 531 kvadratmetr sahənin 3 min 54 kvadratmetrində aparılır. 

Son xəbərlər

Orphus sistemi