Salyanda sürücü yük avtomobilinin altında qalıb

Salyanda sürücü yük avtomobilinin altında qalıb Faktla bağlı araşdırma aparılır
Hadisə
20 May , 2016 20:41
Salyanda sürücü yük avtomobilinin altında qalıb

Bakı. 20 may. REPORT.AZ/ Salyanda sürücü xəsarət alıb.“Report” xəbər verir ki, hadisə rayonun Boranıkənd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Goranboyun Ağamalıoğlu kənd sakini, 39 yaşlı Namiq Füzuli oğlu Musayev idarə etdiyi yük maşının təkərini təmir edən zaman avtomobilin krel hissəsi onun sağ budunun üstünə düşüb. Nəticədə xəsarət alan sürücü Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi