Salyanda su kanalının yaxınlığına atılan uşaq Bakıya körpələr evinə göndərilib
Hadisə
- 10 oktyabr, 2023
- 15:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyanda bir ay bundan əvvəl su kanalının yaxınlığına atılan uşaq Bakıya körpələr evinə göndərilib.
“Report”un Aran bürosunun məlumatına görə, Salyan rayon təcili tibbi yardım stansiyasının tibb personalına təhvil verilən və sonradan adı Yağmur qoyulan körpə qız bu gün Bakı şəhərindəki körpələr evinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, balaca Yağmur tam sağlamdır.
Qeyd edək ki, balaca Yağmur bu il sentyabrın 12-də Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən su kanalının kənarına atılmışdı. Birgünlük körpə polis əməkdaşları tərəfindən tapılaraq xəstəxanaya təhvil verilmişdi. Bir ay ərzində körpə xəstəxanada müayinə və müalicə olunub.
Son xəbərlər
16:12
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir
Elm və təhsil
16:09
Avropa İttifaqında etirazlar: qurumun barometri
Analitika
16:06
ING: Azərbaycanın dövlət borcu 2026-cı ildə ÜDM-in 21 %-dən az olacaq
Maliyyə
16:04
Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb
Elm və təhsil
16:02
Foto
"Yaşıl Enerji Dəhlizi" üçün texnoloji həllər və təchizat imkanları təqdim edilib
Energetika
15:55
Foto
Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib – Yenilənib
Energetika
15:53
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq
Elm və təhsil
15:53
Foto
Video
"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
Ekologiya
15:53
ING: AMB-nin valyuta ehtiyatları bu il 18,6 milyard dollara çatacaq
Maliyyə