Salyanda şirkətdən oğurluq olub

Salyanda şirkətdən oğurluq olub Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
19 Dekabr , 2016 13:53
Salyanda şirkətdən oğurluq olub

Salyan. 19 dekabr. REPORT,AZ / Salyanda oğurluq  baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Çuxanlı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, naməlum şəxs və ya şəxslər Ələt-Astara magistral yolunun yaxınlığında rayon sakini Qurban Rzayevə məxsus “Orxanbəy” kiçik müəssisəsinə daxil olaraq 75 kilovoltluq elektrik mühərrikini və digər avadanlığı oğurlayıblar. 

Müəssisə sahibi baş verən oğurluqla bağlı polis şöbəsinə məlumat verib.

Hazırda oğruların şəxsiyyətinin müəyyənləşdirilib saxlanılması istiqamətində Salyan Rayon Polis Şöbəsində (RPŞ) əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi