Yuxarı

​Salyanda rayon sakini təmir etdiyi avtomobilin altında qalaraq ölüb

Faktla bağlı araşdırma aparılır

Bakı. 2 aprel. REPORT.AZ/ Salyanda bədbəxt hadisə baş verib. “Report”un məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Çuxanlı kəndi ərazisində, köhnə "Post QAİ” deyilən yerdə qeydə alınıb.

Belə ki, rayonun Noxudlu kənd sakini Əzizağa Nuriyev idarə etdiyi avtomobilini təmir edərkən maşının altında qalıb.

Sürücü elə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi