Salyanda 17 yaşlı oğlan bacısını qətlə yetirib - YENİLƏNİB

Hadisə
  • 01 dekabr, 2016
  • 12:21
Salyanda 17 yaşlı oğlan bacısını qətlə yetirib - YENİLƏNİB

Salyan.1 dekabr.REPORT.AZ/ Salyan rayonunda 18 yaşlı qızı qətlə yetirən şəxsin kimliyi məlum olub. "Report"un Aran bürosunun məlumatına görə, F.Əsədovanı 17 yaşlı qardaşı Əkbər Rauf oğlu Əsədov qətlə yetirib. 

Bacısını qətlə yetirdikdən sonra Ə.Əsədov Salyan Rayon Polis Şöbəsinə (RPŞ) gələrək könüllü təslim olub. O, bacısını qətlə yetirdiyi bıçağı da özü ilə RPŞ-yə gətirib.

Ə.Əsədov qətli ailə-münaqişə zəmnində törətdiyini bildirib.


16:02


Salyan.1 dekabr.REPORT.AZ/ Salyan rayonunda qətl hadisəsi baş verib. 

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xurşud kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini 18 yaşlı Fərqanə Əsədova bıçaqla qətlə yetirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.