Salyanda Qarabağ veteranının evi yanıb

Salyanda Qarabağ veteranının evi yanıb Zaman Məmmədovun evi içindəki əşyalarla birlikdə yanaraq kül olub
Hadisə
30 Aprel , 2017 14:57
Salyanda Qarabağ veteranının evi yanıb

Salyan. 30 aprel. REPORT.AZ/ Salyan rayonunun Xələc kəndində yanğın hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, 48 yaşlı kənd sakini, Qarabağ veteranı Məmmədov Zaman Məmmədəli oğluna məxsus 1 otaqlı, 1 eyvanlı fərdi yaşayış evi anidən alovlanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb. Buna baxmayaraq, 42 kvadratmetr sahəsi olan ev içindəki əşyalarla birlikdə yanaraq kül olub. Yanğının nədən qaynaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi